ADDIM Gənc Elektrik- İnkişaf proqramı




“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçünGənc Elektrikaxtarır.

Vəzifə öhdəlikləri:

 

Gənc elektrik çalışdığı bölgə üzrə baş energetiklərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:

·Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;

·Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması;

·Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi;

·Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edilməsi;

·Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumatın verilməsi;

·Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edilməsi;

·Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edilməsi, qısaqapanmanın yaranmaması üçün lazımi addımların atılması;

·Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasının təmin edilməsi;

·Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfinin təhlil edilməsi, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumatın verilməsi;

·Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin icra edilməsi.






Tələblər





  • Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;

  • Müvafiq sahə üzrə təhsil;

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;

  • Azərbaycan dilini səlis(rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.

  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.


Səriştələr:

  • Məsuliyyətli

  • Şəxsi inkişafa meylli

  • Pozitiv

  • Özünütəşkiletmə qabiliyyəti

  • Nailiyyət yönümlülük

  • Etibarlılıq

  • Dürüstlük


Müraciət et





BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az