Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyası



Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis






Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Bankın təsdiqlənmiş tarif və şərtləri çərçivəsində alternativ kanallar vasitəsi ilə kredit / qeyri-kredit məhsulları üzrə sifarişlərin qəbulu, təhlili və qeydiyyatı

  • Onlayn kredit sifarişlərinin Mərkəzi Bank qanunvericiliyi və Bankdaxili istehlak kreditlərinin verilməsi şərtləri çərçivəsində təhlil edilməsi, yönləndirilməsi və rəsmiləşdirilməsi

  • Müxtəlif satış kanalları ilə daxil olan istehlak kreditləri sifarişlərini qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili, təsdiqi və MXD / Filiallara yönləndirilməsi

  • Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişlərin baxılması üçün müvafiq komitələrə təqdimat

  • Kredit portfelini formalaşdırmaq və idarə etmək

  • Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımları həyata keçirmək

  • Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışları aparılması


Tələblər:

  • Ali təhsil

  • Bank və ya bank olmayan kredit təşkilatında müvafiq sahə üzrə 2 il iş təcrübəsi

  • İstehlak kreditləri üzrə təhlil bacarıqları

  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili biliyi arzuolunandır

  • Analitik düşüncə, yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı

  • Təqdimat bacarığı


Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar

  • Könüllü tibbi sığorta proqramına qoşulma

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv


Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Alternativ kanallarla satış” qeyd etməklə öz CV-lə[email protected]ünvanına göndərə bilərsiniz.




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az