Anbardar vakansiyası

Şirkət: “Qaraqaşlı Broyler” ASC (www.shefabroyler.az)
Vəzifə: Anbardar

İş barədə məlumat:
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibədə təyin ediləcəkdir;
-İş rejimi: 5 günlük, 09:00-18:00;
-İstirahət günü: Şənbə və Bazar;
-İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
-Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
-Mobil telefon danışıqları şirkət tərəfindən qarşılanır;
-Çox sürətli karyera yüksəlişi təklif edilir;

Vəzifə öhdəlikləri:
-Anbara daxil olan məhsulların qəbulu və qeydiyyata alınması;
-Məhsulların FİFO qaydasına uyğun olaraq anbarda yerləşdirilməsi;
-Anbar uçotunun aparılması;
-Mövcud məhsul qalıqlarının sayılması;
-Anbarda keçirilən sayımlarda iştirak edilməsi;
-Anbar təsərrüfatı üzrə hesabatın tərtib edilməsi;
-Anbarda olan məhsulların qorunub saxlanmasını təmin edən qaydalara mütləq riayət edilməsi;
-Anbarda, məntəqədə əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında təchizat və ya mühasibatlıq xidmətinə qaytarılmasının təşkil etmək;
-Anbara qəbul edilən və anbardan sahələrə verilən mal-materal və məhsulların müntəzəm şəkildə elektron və kağız daşıyıcılarda hesabatının aparılması və eyni zamanda ümumi elektron bazaya işlənilməsinin təmin edilməsi;
-Anbardan çıxan məhsulların məsul şəxslərə verilməsinin təmin edilməsi, bununla bağlı sənədləşmənin tamamlanması, ümumi bazaya işlənilməsi, xüsusi məlumatların qeyd etdirilməsi və adiyyəti şəxslərə imza etdirilməsi;
-Tələb edilən formada və müddətlərdə rəhbərliyə dürüst hesabat vermək;

Tələblər:
-Cinsi: Kişi;
-Təhsil: Ali təhsil üstünlükdür;
-Təcrübə: 2 ildən çox müvafiq sahədə iş təcrübəsi;
-MS ofis proqramlarında sərbəst işləmə bacarığı;
-1C yaxud hər hansı bir anbar proqramında sərbəst işləmə bacarığı;
-Avtomobil olması üstünlükdür;
-Azərbaycan dilində sərbəst unsiyyət bacarığı;
-Dürüstlük;
-Əzmkarlıq;

Əgər ölkənin lider quşçuluq müəssələrindən olan “Qaraqaşlı Broyler” ASC-də karyeranızı davam etdirmək istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Anbardar” başlığı iləelektron ünvanımıza göndərə bilərsiniz.

Elektron ünvan:[email protected]

Son gün: 20 İyul, 2022

Ünvan: Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 46N
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az