“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçiriləcək

“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçiriləcək


14 oktyabr 2021-ci il tarixində AMEA-nınQafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçiriləcək.


Konfrans aşağıdakı bölmələr üzrə baş tutacaq:


- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri;


- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri;


- Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi;


- Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri;


- Azərbaycan dövlətinin güc meyarları;


- Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində;


- İkinci Qarabağ müharibəsi və nəticələri;


- Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim.


Konfrans üçün tezislərin hazırlanma qaydası:


- Microsoft Word, A4 ölçüdə 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan və sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1,15 sm parametrlərinə uyğun yazılmalıdır;


- Titul səhifədə sağda yuxarıda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;


- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.


Tezislərin son təqdim edilmə tarixi 15 sentyabr 2021-ci ildir.


Ünvan: Bakı ş., H.Cavid pr. 117


Tel: (+994 12) 539 89 55


E-mail: [email protected]



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az