Azərpoçt MMC-nin aşağıda qeyd edilən struktur vahidlərinə “Baş Mühasib” vakansiyası elan edir

Azərpoçt MMC-nin aşağıda qeyd edilən struktur vahidlərinə “Baş Mühasib” vakansiyası elan edir.
1. Bakı şəhərində müvafiq idarə
2. Mingəçevir Poçt Filialı
3. Kəlbəcər Poçt Filialı
4. Zaqatala Poçt Filialı
5. Şabran Poçt Filialı
6. Qobustan Poçt Filialı
7. Laçın Poçt Filialı
8. Ağcabədi Poçt Filialı
Əsas vəzifələr:
• Filialın maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə
fəaliyyətini təşkil və nəzarət edir;
• Filial və poçt şöbələri tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat
uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib
və təqdim edilməsini təşkil və nəzarət edir;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal
dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə
yetirilməsini, maliyyə, hesabat və uçotunu təşkil və nəzarət edir;
• İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının
ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları,
digər ayırmaları tərtib və nəzarət edir;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı
fondunun sərf olunmasının, əmtəə, mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının
aparılmasına nəzarət edir;
• Maliyyə intizamına ciddi əməl edilməsini, inzibati, təsərrüfat və digər xərclərin, debitor borclarının,
çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
• Müştərilərdən köçürmə yolu ilə Filialın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil
edilərək gündəlik kassa qalığının yoxlanılmasına nəzarət edir;
• Filial adından ödəmə aparılarkən köçürmə sənədlərinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün
hazırlanmasına nəzarət edir;
• Filialın Baş xəzinəsinin gündəlik fəaliyyətinə nəzarət edir;
• Tabeli poçt şöbələrində göstərilən xidmətlərdən əldə edilən nağd pul vəsaitlərinin vaxtında və düzgün
mədaxil olunmasına və Baş xəzinəyə göndərilməsinə gündəlik nəzarət edir;
• Baş xəzinədə və poçt şöbələrinin kassalarında qəfləti yoxlamaların aparılmasına nəzarət edir;
• Rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.
NAMİZƏDƏ OLAN TƏLƏBLƏR:
• Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil,
• Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, xarici dil bilikləri arzu olunandır;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı, Komandada işləmək bacarığı, Məsuliyyətli və
işində dəqiq, Vergi Məcəlləsini bilməli
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 01 İyun 2021-ci il tarixinədək mövzü hissəsində
Baş Mühasib qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir