Şənbə, 16 Avqust, 2025

B2B Satış üzrə Menecer vakansiyası


  • Dərc edildi: 21 İyul, 2025 - 22:21
B2B Satış üzrə Menecer vakansiyası

B2B Satış üzrə Menecer vakansiyası

 

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ satış strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
  • Mövcud korporativ müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
  • Korporativ sifarişlərin idarə olunması, kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
  • Tender prosesləri üzrə müqavilə şərtlərinin razılaşdırılması, layihə icra planının hazırlanması və icraya başlayanadək bütün zəruri sənədləşmənin tamamlanması.
  • Müştəri ehtiyaclarının təhlili və uyğun avtomobil modellərinin təklif edilməsi;
  • Müqavilə şərtlərinin razılaşdırılması və korporativ satış prosesinin tam koordinasiyası;
  • Korporativ satış planının yerinə yetirilməsi və satış göstəricilərinin monitorinqi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Bazar araşdırması və rəqiblərin fəaliyyətinin analizi əsasında satış imkanlarının müəyyənləşdirilməsi;
  • Korporativ satış ilə bağlı hesabatların, analizlərin və proqnozların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Korporativ satış sahəsində sərgilər, təqdimatlar və PR tədbirlərində iştirakın təşkili və təmsilçilik;
  • Leasing, sığorta, F&I məhsulları və digər əlavə xidmətlərin satışına dəstək göstərilməsi;

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Azərbaycan və Rus dillərini sərbəst bilməli, İngilis dili bilikləri arzuolunandır
  • Avtomobil və ya korporativ satış sahəsində ən azı 3 il iş təcrübəsi
  • Satış texnikaları, müqavilə hüququ və kommersiya danışıqları üzrə biliklər
  • Avtomobil bazarı və texniki göstəricilər barədə ümumi anlayış
  • Güclü analitik düşüncə və satış yönümlü yanaşma
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, təqdimat və inandırma bacarıqları
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı

İş haqqında:

  • İş saatları: 09:00 – 18:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.


Maraqlanan namizədlərdən CV-lərini “B2B Satış üzrə Menecer” başlığı ilə [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6644
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1564
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 603
“İnnovativ məktəb” l...