Baş mühasib vakansiyası

“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi“STP Alüminium” MMC “Baş mühasib” vakansiyası elan edir.
2012-ci ildən bazarda fəaliyyət göstərən STP MMC, bölgədəki ilk və ən böyük Texnoparkdır. Özündə bir çox biznes vahidi və müştərək müəssisələri birləşdirən STP MMC, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsullarla yerli və dünya bazarında layiqli yer tutur.
Özünə inamlı, peşəkar və inkişafa meyilli namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Əsas tələblər:
-Zavodun maliyyə/mühasibat və vergi üçotunun qurulması, aparılması
-Akkreditiv, bank qarantiyası, kreditlərin götürülməsi və s. Bank əməliyyatlarının aparılması (açılıb, bağlanması).
-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərüfat əməliyyatlarının mühasibat hesabında (həmçinin mühasibat üçotu registrlərində) düzgün əks etdirilməsi,
-Büdcə hazırlanması və xərclərə nəzarətin təmin edilməsi,
-Maliyyə hesabatı və kredit əməlliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin
Yekunları üzrə əməliyyatlarının üçotunun təşkil edilməsi,
-Maliyyə məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Bizim üçün uyğun namizəd:
-Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli,
-Mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi olan,
-MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir.

Nə əldə edəcəksiniz?
-Azərbaycanın qeyri-neft sektorunun ən böyük sənaye müəsisəsində iş təcrübəsi;
-Şəxsi inkişaf və karyera imkanları;
-Peşəkar mühitdə yüksəliş və inkişaf imkanları.

Əlavə məlumat:
-Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Baş mühasib” yazaraq 20.12.2021 tarixinədək[email protected]elektron poçtuna göndərmələri xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az