22 və 28 iyun tarixlərində, tanınmış dramaturq İsmayıl İmanın 2020-ci ildə yazdığı və artıq bir çox dramaturgiya festivallarında və müsabiqələrində iştirak edən "Big in Japan" pyesinin oxunuşu keçiriləcək
Rusiyanın aparıcı teatrşünası və teatr tənqidçisi olan Pavel Rudnev pyesi 2019/2020-ci il mövsümünün ən yaxşı əsərlərinin siyahısına daxil edib.
Pyesin oxunuşunda tanınmış aktyorlar və teleaparıcılar iştirak edəcək. İştirakçıların adlarını açıqlamırıq, amma söz veririk ki, bu tədbir son dərəcə maraqlı olacaq!
"Big in Japan" – sualların çox, lakin cavabların az olduğu, dünyanın köhnə, yastı dam ölçüsünə qədər daraldığı, böyüməyin, böyük həyata ağrılı və qaçılmaz şəkildə adlamaq haqqında hekayədir. Növbəti podkastı yazan mikrofon xırıldayır, dinamiklərdən isə "Alphaville" qrupunun ötən illərin hiti səslənir, çünki: "things are easy when you"re big in Japan" (Yaponiyada “zor adam” olanda, hər şey çox asan gəlir)
22 iyun, 19:30 – oxunuş Azərbaycan dilində keçiriləcək
28 iyun, 19:30 – oxunuş Rus dilində keçiriləcək
YARAT Mərkəzi
Hər iki tədbirə qeydiyyatdan keçmək üçün: https://cutt.ly/8KeRJSp
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur