SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında (bakalavr) 2022/2023–ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur

SEÇİLƏCƏK PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN VƏZİFƏLƏRİ:
  • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
  • Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN NAMİZƏDƏ TƏLƏBLƏR:
  • Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
  • Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
  • Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
  • İnnovativ tədris metodlarından istifadə etməsi;
  • Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
  • Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması
  • Geniş dünya görüşün və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması
QEYD EDİLƏN VƏZİFƏ VƏ TƏLƏBLƏRƏ UYĞUN GƏLƏN NAMİZƏDLƏRİN AŞAGIDAKILARI BİLMƏSİ VACİBDİR:
  • Hər bir namizəd ən çoxu 2 Fənn üzrə müraciət edə bilər;
  • Vakant fənlərin siyahısına"Fənlər"bölməsində baxa bilərsiniz;
  • Müraciət etmək üçün"Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
  • Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, sertifikat, diplom və onların nostrifikasiyası) surətlə[email protected]ünvanına göndərməyiniz tələb olunur;
  • Qeydiyyat ilə bağlı sual yarandıqda,[email protected]ünvanına müraciət edə bilərsiniz;
  • Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;
  • Müsabiqəni uğurla keçən namizədlərdən müvafiq vakant fənn üzrə tədris etmələri üçün COVİD pasportu (COVİD-19 vaksin sertifikatı və ya COVİD-19 immunitet sertifikatı) tələb olunacaq;
  • Bu seçim müvafiq fənn üzrə yalnız 2022/2023-ci tədris ilinin payız semestrində tədrisini nəzərdə tutur. Beləliklə, növbəti tədris ilində (semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsinin İcra Komitəsinin isə mütləq təminatı yoxdur.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az