Brend menecer vakansiyası

Ineo Group şirkəti Brend menecer vakansiyası üzrə namizədləri əməkdaşlığa dəvət edir.
Gənc və dinamik şirkət olan Ineo Group Fransa mənşəli Jacadi Paris, Oxybul, Petit Bateau, Yves Rocher, İspan mənşəli Pretty Ballerinas və Mayoral kimi Avropa brendlərinin ölkə üzrə eksklüziv təmsilçisidir.

Vəzifə öhdəlikləri:
Brendin standartlarına uyğun olaraq zəruri tədbirləri həyata keçirmək;
Mağazalara təyin olunmuş KPİ-ların yerinə yetirilməsini təmin etmək;
Məhsulun sifarişindən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi, satış nöqtəsinə çatdırılması) satışına qədər olan bütün prosesləri idarə etmək;
Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak, müdaxilə və vaxtlı-vaxtında tətbiq edilməsini təşkil etmək.

Tələblər:
Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketing və oxşar yönümlü təhsili olanlara üstünlük veriləcək);
Sahə üzrə 2-3 il təcrübə;
Təchizatın idarə olunması və ümumiyyətlə idarəetmə üzrə təcrübəsi olanlara üstünlük verilir;
Rus dili sərbəst, İngilis dili biliyi olanlara üstünlük verilir;
1C proqramında işləmə bacarığı. 1C «Parakəndə Ticarət», «Тicarətin İdarəolunması» üzrə bilikləri olanlara üstünlük veriləcəkdir;


İş qrafiki: 5 gün, 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsi, o cümlədən bazar qiymətlərinə uyğun şəkildə qarşılıqlı razılaşdırılacaqdır.
Müraciət üçün:
Maraqlanan namizədlərdən mövzu sətrində “Brend menecer” qeyd etməklə[email protected]ünvanına CV göndərmələri tələb olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az