"Əlaqə Mərkəzi Təmsilçisi" (Call/Contact Center Agent Training) üzrə təlimə müraciətlər qəbul edilir

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi iləSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzitərəfindən həyata keçiriləcək "Əlaqə Mərkəzi Təmsilçisi" (Call/Contact Center Agent Training) üzrə təlimə müraciətlər qəbul edilir.


Təlimlər ASAN XidmətAzərbaycan Beynəlxalq Bankı (ABB) vəAzerconnectMMC ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.


Təlimin nəzəri hissəsi hibrid formatda (həm onlayn həm də ənənəvi) @Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində, praktiki hissəsi isə "ASAN xidmət"in, ABB-nin və "Azerconnect" MMC-nin, həmçinin digər əməkdaşlıq edilən müəssisələrin müvafiq şöbələrində təşkil ediləcək. "ASAN xidmət" tərəfindən təlimin icrası "ASAN Könüllülük" Məktəbi tərəfindən həyata keçiriləcək.


"Əlaqə Mərkəzi Təmsilçisi" təliminə seçilmiş iştirakçılar iki ay müddətində müəssisələrə daxil olan müraciət, gözlənti, irad və şikayətlərin təqib və təhlili, eləcə də mümkün həll yollarının tapılması üzrə bilik və bacarıqlara yiyələnəcəklər.


Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.


İştirak üçün əsas seçim meyarları:


Bakı şəhərində yaşayan gənclər;


Orta ixtisas və ya ali təhsil alan tələbələr və ya məzunlar;


Fikrini aydın izah etmək bacarığı;


Azərbaycan dilində səlis danışıq bacarığı;


Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür);


Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı;


Daim inkişaf etmək istəyi, çeviklik və ünsiyyət bacarığı.


Təlim müddəti: 2 ay


İnteraktiv və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunacaq.


Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.


Müraciətlər 15 avqust, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsilə qəbul edilir.


https://forms.office.com/r/XLQWTRTnbW


Ətraflı:https://bit.ly/3rwAQLD



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az