Əlavə təhsilin məzmunu şöbəsində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya


ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi Əlavə təhsilin məzmunu şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.



İş haqqında məlumat:



- ixtisasartırma proqramlarını, metodik vəsaitləri dəyərləndirərək rəy yazmaq;

- ixtisasartırma proqramları ilə bağlı təkliflər vermək;

- müxtəlif mənbələrdən elmi-pedaqoji araşdırmalar etmək;

- müəllimlər üçün metodik tövsiyələr hazırlamaq;

- müvafiq proqramlar üzrə qiymətləndirmə vasitələri hazırlamaq.



Namizəd üçün tələblər:



- Elm və ya təhsil sahəsində minimum 5 il təcrübə;

- Təhsil siyasəti üzrə biliklər;

- Analitik təfəkkür və problem həll etmə bacarığı;

- Müvafiq kompüter proqramları üzrə bilik və bacarıqlar;

- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, ingilis dilində araşdırma və tərcümə etmək bacarığı (rus dili arzuolunandır);

- Əməkdaşlıq və komandada işləmək bacarığı;

- Yeniliyə və peşəkar inkişafa açıqlıq.



Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 25.04.2022-ci il tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Aparıcı mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.



Qeyd edək ki, yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.


_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az