Çərşənbə axşamı, 1 İyul, 2025

Gənclərin Liderlik Akademiyası


  • Dərc edildi: 23 İyul, 2021 - 04:23
Gənclərin Liderlik Akademiyası

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 3-8 avqust 2021-ci il tarixlərində "Gənclərin Liderlik Akademiyası" adlı layihəsinin seçim mərhələsinə start verildi!
"Gənclərin Liderlik Akademiyası" Göygöl olimpiya kompleksində 18-25 yaş arası gənc arasında keçiriləcəkdir.
Liderlik Akademiyasının gənclər arasında keçirilməsinin əsas məqsədi gələcəkdə gənc lider kimi yetişib, ölkəmizdə rəhbər vəzifədə olmaları üçün onları motivasiya etmək,onların professional inkişafında köməklik və dəstək göstərməkdir.
Layihə müddətində ölkəmizdə rəhbər vəzifədə çalışan, öz bizneslərini qurmuş və cəmiyyət arasında sosial-aktiv fəaliyyəti olan gənclər tərəfindən keçirilən təlim və seminarlarda iştirak edəcək, onların peşəkar həyatı və fəaliyyətləri ilə tanış olacaqlar.
Sonda iştirakçılara sertfikat veriləcəkdir.
"Gənclərin Liderlik Akademiyası"-da iştirak etmək istəyənlər 29 iyul 2021-ci il tarixinədək onlayn qeydiyyat formunu dolduraraq müraciət edə bilərlər.
Qeydiyyat linki - https://cutt.ly/um3OEVg
Seçim mərhələsindən uğurla keçmiş namizədlər layihədə iştirak haqqı qazanacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 56
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 32
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 217
Məktəbəhazırlıq qrup...