Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis vakansiyası

Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis

İş öhdəlikləri:

  • İl ərzində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin tərbiyəçi müəllimləri üçün Azərbaycan Dövlət Pedaqoji Universitet və onun 5 region filialında təşkil ediləcək pedaqoji kurs layihəsinin idarə olunması.

  • 6 Mərkəzdə (Bakı, Quba, Cəlilabad, Şamaxı, Şəki, Ağcabədi) tədris prosesinin monitorinqi, qiymətləndirilməsi və bununla bağlı rəy hazırlamaq.

  • Monitorinqin nəticələrinə uyğun məşğələlərin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması.

  • İl boyu pedaqoji kursların təşkili, regionlarda fəaliyyət göstərən İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin o kurslara cəlb olunmasını təşkil etmək.

  • Kursun sonunda qiymətləndirmə ilə bağlı təkliflərin hazırlanması.

  • Mərkəzlərin yerləşdiyi 5 regiona ezamiyyə (Quba, Cəlilabad, Şamaxı, Şəki, Ağcabədi).

  • İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərini monitorinq edəcək metodistlə işləmək.

  • Aylıq təqdim olunan monitorinq hesabatlara baxış və metodistlə birlikdə nəticələrin təhlili.

  • Təhlilə uyğun keyfiyyətin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması.

  • Yuxarıda sadalananlarla bağlı digər fəaliyyətlər.

İş üçün tələblər

  • Pedaqoji təhsili və bu sahədə iş təcrübəsi

  • Fəaliyyətlərin daimi monitorinq və qiymətləndirilməsi ilə bağlı praktiki bilik və bacarıqları

  • Statistik məlumatları təhlil etmək bacarığı

  • Excell proqramında işləmək bacarığı

  • Məlumatları təhlil etmək, uyğun təqdimat hazırlamaq bacarığı

  • Layihə fəaliyyətlərini təşkil etmək və idarə etmək bacarığı

  • Mütəxəssislələlə işləmək, təkliflər hazırlamaq və onların icrasını təşkil etmək bacarığı

  • Məsuliyyətli, dinamik, problem həll etmə bacarığı

  • Gərgin iş rejimində işləmək bacarığı

Müraciət üçün son tarix: 25 iyul, 2021.

Ünvan: Bakı şəhəri, F.X. Xoyski 109, Təhsil Texnologiyalar Mərkəzi,

İşə başlama tarixi: Avqust 2, 2021-ci il.

İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun

İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq.

Maraqlı olan şəxslər CV-lərini e-mailin ad (subject) hissəsində “Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis” olmaqla [email protected] ünvanına göndərə bilərlər.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az