“İdeya qutusu” layihəsi üzrə müraciət qəbulu davam edir

Dövlət Məşğulluq Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə başlatdığı “İdeya qutusu” layihəsi üzrə müraciət qəbulu davam edir.

Məşğulluq xidmətlərinin daha keyfiyyətli olması və Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə ideyalar iki istiqamətdə qəbul edilir:

✔ Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlərin təklifi və ya mövcud xidmətlərin təkmilləşdirilməsi;

✔ Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə layihə təkliflərinin qəbulu.

İdeya və ya layihə təklifi qəbul edilən vətəndaşlar bu barədə məlumatlandırılacaq və həmin şəxslər verdikləri töhfə üçün müvafiq təşəkkürnamə ilə təltif ediləcəklər.

“İdeya qutusu”na müraciətlərinizi qeyd edilən keçid vasitəsilə göndərə bilərsiniz: https://lnkd.in/ek2-mEAE

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir