İmtahan koordinatoru / Ofis meneceri vakansiyası

Şirkətin adı: “Honours Academy

Vəzifə:İmtahan koordinatoru / Ofis meneceri

Namizədə tələblər:

- Yaş: 20-30
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı) , Rus dili (arzuolunandır)
- Operativlik və çeviklik
- Stressə davamlı
- Səlis nitq qabiliyyəti,
- Yüksək məntiqi təfəkkür

İş barədə məlumat:

● Ofisin təşkilati işlərinin idarə edilməsi
● Akademiyaya gələn müştəri və qonaqların qarşılanması və onların suallarının ətraflı və dolğun cavablandırılması
● Rəsmi İmtahan mərkəzi - CBE Centre-də baş tutan imtahanlarda nəzarətçi kimi iştirak etmək və imtahan prosesinin tənzimlənməsi
● Müqavilələrin hazırlanmasında iştirak

Namizədə adı çəkilən işlər üzrə gərəkli təlimlər təşkil olunaraq, iş prosesi tam öyrədiləcək. Həmçinin namizədin bilik və bacarıqlarından asılı olaraq potensial karyera yüksəlişi və vəzifə artımı üçün imkanlar veriləcək.

Vakansiya üçün nəzərdə tutulan sınaq müddəti bitdikdən sonra əməkdaşla rəsmi Əmək müqaviləsi bağlanılacaq.

Əməkhaqqı: 450 AZN

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “İmtahan koordinatoru / Ofis meneceri” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, həmçinin sosial şəbəkə hesablarını[email protected]ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az