"Kredit mütəxəssisi" vəzifəsi üzrə vakansiya

Sənə uyğun vakansiyavar!
Mingəçevir, Bərdə, Masallı və Ağcabədi şəhərlərində yerləşən mağazalarımıza "Kredit mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edilir.
Hazır CV formasını[email protected]elektron poçt ünvanına göndərə bilərsiniz.
Vəzifə və öhdəliklər:
- Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına dair xidmətlər;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər:
- Yaş: 25-30 arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilinibilməyiarzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, məntiq, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi ən azı 1 il olmalıdır.

İş şəraiti:
-İş yeri: “İrşad Electronics” MMC-nin filialları;
-İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
-Əməkhaqqı: 600 AZN+ bonus.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az