"Merçendayzer" vəzifəsi üzrə vakansiya

Sənə uyğun vakansiya var!

"İrşad" şirkəti "Merçendayzer" vəzifəsi üzrə vakansiya elan edir.

Hazır CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər:

• Təhsil - Ali təhsili (xarici təhsili olanlara üstünlük verilir)

• Cinsi - Kişi

• Təcrübə - Pərakəndə ticarətdə Merçendayzinq sahəsində 1-3 il

• Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis (ingilis dili arzuolunandır)

• Kompüter – Ofis proqramları (Excel əla səviyyədə), 1C

Vəzifə öhdəlikləri

• Məişət və elektronika məhsullarının saytda, mağazalarda və rəflərdə mövcudluğunu yoxlayır

• Məhsulların yerləşdirilməsini, yerinin dəyişdirilməsini, qiymət asqılarının yenilənməsini təmin edir

• Məhsulların mağaza daxilində nümayiş edilməsi və daxili reklamlar üzrə təkliflər verir

• Satışa uyğun olaraq məhsulların distribyusiya həcmlərini və vaxtlarını həftəlik əsasda nəzarətdə saxlayır

• Mağazalarda və rəflərdə olan zədələnmiş məhsulları aşkar edir və kənarlaşdırılmasını təmin edir

• Satışa uyğun olaraq mağaza stokunu nəzarətdə saxlayır, təchizatını təşkil edir

• Mənfəətli və yaxşı satılan məhsulları müəyyən edir, satışın optimallaşdırılması üçün təkliflər verir

• Təhlil əsasında cəlbedici məhsullar üzrə promo təkliflər hazırlayır

• Müştəri istəklərini öyrənir, distribyuterlərlə, təchizatçılar və mağazalar ilə kommunikasiyanı təmin edir

• Tələb olunduqda rəhbərliyə hesabatlar təqdim edir

Digər tələblər

• Lokasiyalara səyahət etmək imkanı

• Yüksək təhlil bacarıqları

• Təşəbbüskar

• Ünsiyyətcil

• Məsuliyyətli

• Komandada işləmə bacarığı

• Stresə davamlı

• Şəxsi avtomobilin olması arzuolunandır

Əmək haqqı

800 -1000 AZN

_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az