“Məzmun üzrə mütəxəssis ” vakansiyası

Bu vəzifədə çalışan məsul şəxs kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar, çevik və məsuliyyətli olmalıdır.

 

Tələblər:

 

· Ali təhsil (jurnalistika, filologiya, psixologiya və ya pedaqogika sahəsi üzrə);

· İxtisası üzrə minimum 1-3 il iş təcrübəsi;

· Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti;

· Yazılı mətn, məqalə və s. hazırlamaq üzrə müvafiq təcrübə;

· Araşdırma, tədqiqatçılıq və təqdimetmə bacarığı;

· Təhliletmə və ümumiləşdirmə bacarığı;

· Böyük həcmli yazılı və şifahi məlumatlarla işləmək bacarığı;

· Xarici dillərdən ən az birini yüksək səviyyədə bilməsi (rus və ingilis dillərinə üstünlük verilir);

· İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar;

· Komandada işləmək bacarığı.

 

Öhdəliklər:

· Tələb olunan mövzular üzrə araşdırma aparmaq;

· Mətnləri yazılı dil qaydalarına əsasən işləmək və redaktə etmək;

· Təhsil sahəsi üzrə tədqiqatlar aparmaqla yeni təkliflər vermək;

· Müstəqil planlaşdırma aparmaq;

· Müvafiq sahədə monitorinq təşkil etmək və keçirmək;

· Proqram Departamentinin fəaliyyətinə uyğun olaraq kontenti (mətn, foto, video) hazırlamaq.

 

Məşğulluq:

 

· Tam iş qrafiki, həftə içi 5 gün, 09:00-18:00;

· Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.

Uyğun namizədlərdən [email protected] ünvanına mövzu bölməsində vəzifənin adı (Məzmun üzrə mütəxəssis) göstərilməklə05.10.2021-ciil tarixədək göndərməyiniz xahiş olunur.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizi komandamızda görməkdən məmnun olarıq!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az