"New Vision" çərçivəsində Back-end Developer sahəsi üzrə təcrübə proqramı

Deirvlon Technologies MMC şirkətində "New Vision" çərçivəsində Back-end Developer sahəsi üzrə təcrübə proqramına start verilir.


3 aylıq təcrübə müddətini əhatə edən proqramda, gənclərin Azərbaycanın aparıcı texnologiya sahəsi üzrə mütəxəssisləri ilə birgə işləmək şansı, real biznes mühitində praktika imkanı verməklə bərabər, şəxsi inkişaf və karyera quruculuğuna dəstək olacaq müxtəlif təcrübə və biliklərə sahib olma imkanı təklif edir.


Proqram üçün kimlər müraciət edə bilər?


– PHP və obyekt yönlü təmiz, oxunaqlı kod yaza bilən

– PHP Framework - Laravel təcrübəsi olan

– HTML5, CSS3, Bootstrap, JavaScript, jQuery baza bilikləri üzrə təcrübəsi olan

– Biliklərini layihələr üzərində tətbiq etmiş şəxslər

– Daima araşdırmağı və inkişaf etməyi sevən şəxslərə

– İnsanlarla effektiv ünsiyyət qura bilənlər

– Əyləncəli və komanda mühitində olmaq istəyənlər

– Məsuliyyətli şəxslər


Təcrübə proqramında iştirak etməklə əldə edəcəksiniz:


– Real iş mühitində təcrübə (layihə və proqramların idarə edilməsi və s.)

– İdarəetmə, Menecerlik qabiliyyətinə yiyələnmək;

– Satış qabiliyyətinin artırılması

– Dizayn biliklərinə sahiblənmək

– Yaradıcılıq qabiliyyətini artırmaq;

– Biznes biliklərini və praktikasını artırmaq;

– Komanda ilə işləmək bacarığını formalaşdırmaq;

– Kooperativ ünsiyyət vərdişlərinə yiyələnmək;

– Proqram müddətində bütün təlimlərdə ödənişsiz iştirak;

– Proqramı bitirdiyinizə dair sertifikat;

– “Deirvlon Technologies” şirkətindən rəy (reference);

– Karyerada ilk uğurlu addımları atmaq imkanı;

– Proqramı uğurla başa vuran namizədlər Deirvlon Technologies şirkətində daimi işlə təmin olunma şansı əldə edəcəklər.


– İş qrafiki: 10:00–17:00 / 5 gün

– Son müraciət tarixi: 16.07.2021


Deirvlon Technologies MMC-nin “Təcrübə Proqramı”-nda iştirak sizə maraqlıdırsa


Qeydiyyatdan keçin


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az