Qafqaz İslam Ordusunun Bakının işğaldan azad edilməsinə həsr olunmuş yağlı boya rəsm müsabiqəsi

QAFQAZ İSLAM ORDUSUNUN BAKINI İŞĞALDAN AZAD ETMƏSİNƏ (15 SENTYABR 1918-Cİ İL) HƏSR OLUNMUŞ YAĞLI BOYA RƏSM MÜSABİQƏSİ Nuru Paşa (Mustafa Nuri Killigil) komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək. Mövzu:Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz? İştirak şərtləri və müraciət qaydası - Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir. - İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər. - Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər. - Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır. - Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır. - Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq. - Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq. - Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək. - Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək. - Müraciətin başlama tarixi9 iyul 2022-ci ilşənbə günü, bitmə tarixi isə2 sentyabr 2022-ci ilcümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək. Ünvan və əlaqə vasitələri Ünvan:Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Səməd Vurğun küçəsi 134, Bakı Tel:+994 444 73 20 e-poçt:[email protected] Twitter:https://twitter.com/TCBakuBE Facebook:https://www.facebook.com/TCBAKUBE
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az