Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. Bizim üçün uyğun namizəd: • Ali tibbi təhsil; • İxtisası üzrə ən azı 3 il iş təcrübəsi; • Dil bilikləri (azərbaycan dili - sərbəst, rus dili - yaxşı və ingilis dili - yaxşı); • Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst; • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi; • Tələb olunan sertifikatlar - IELTS, TOEFL və s. dil biliyi sertifikatları (arzuolunandır), layihələrin idarə olunması və ya idarəetmə üzrə təhsil, kurslarda iştirak sertifikatı (arzuolunandır), elmi dərəcə (elmi ad) diplomu (arzuolunandır). Vəzifə öhdəlikləri: • Strategiya və layihələrin icrasına nəzarət işlərində mütəxəssislərin fəaliyyətinə metodoloji rəhbərlik; • TƏBİB daxilində və TƏB-də aktiv olan layihələrin reyestrinin hazırlanması, yeni layihələrin daxil edilməsi; • Layihələrin tərtibatının tamamlanması və icrasının gedişatı ilə əlaqədar işçi qrupları ilə əməkdaşlıq etmək, iclaslarda iştirak, düzəlişlərin vacibliyi barədə şöbə müdirinə məlumat verilməsi; • Layihələrin icrası əsnasında yaranmış problemlərin həlli yolları barədə məsləhətlərin yazılı şəkildə şöbə müdirinə verilməsi; • Şöbələr arasında əməkdaşlığın və səmərəliliyin artması üçün təkliflərin verilməsi, layihə planlaması və monitorinq istiqamətində təlimlərin təşkili və keçirilməsində iştirak; • Müdirin tapşırığı ilə şöbənin və strukturun strateji inkişafı ilə əlaqəli təqdimatların, hesabatların, məlumatların hazırlanması. Əlavə məlumatlar: • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi; • İş vaxtı: 09:00 – 18:00. Müraciət qaydası: • Vakansiyaya son müraciət tarixi: 28.07.2022-ci il; • CV-lər [email protected] ünvanına göndərilməlidir; • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun (https://bit.ly/3NEBXCG) CV-lərini mövzu yerinə “Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.