Satınalma üzrə Köməkçi tələb olunur

Hazırda şirkətimizə Satınalma üzrə Köməkçi tələb olunur.

Iş yeri: Qaradağda yerləşən Zavod Ofisi.

Tələblər:
• Ali təhsilin olması
• Əlaqədər və ya oxşar sahədə 1 il iş təcrübəsi
• İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarıqları
• MS Office proqramları üzrə istifadə biliklərinə malik olmaq
• SAP proqramı üzrə biliklər arzu olunandır

Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Bütövlük
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
• Komanda işi

Vəzifə və Öhdəliklər:
• Təchizat və logistika departamentinə daxil olan bütün sənədləri yoxlamaq, müqavilələrin sistemə vaxtında yüklənməsinə və müqavilələrin bitmə müddətinə nəzarət etmək.
• SAP-də yeni təchizatçı yaradılması prosesinə nəzarət etmək.
• Təchizat və logistika şöbəsinə aid bütün sənədlərin düzgün şəkildə qovluqlarda toplamaq və arxivləşdirmək.
• Təchizatçıların ilkin qiymətləndirməsinə və dəyərləndirilməsinə nəzarət etmək
• Təchizat və logistika şöbəsinə aid iclaslarda iştirak edib iclas protokollarını hazırlamaq və müzakirə olunan məsələlərin icrasını təqib etmək.
• Dövr sənədlərinin vaxtında və tam şəkildə mühasibatlıq şöbəsinə təqdim olunmasına nəzarət etmək.
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə[email protected]ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 13.05.22
_______


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az