Səsinə güvənən və ya hər hansı bir alətdə ifa etməyi bacaran gənclərin diqqətinə

“Live the music” musiqi youtube kanalı layihəsi:

 

Səsinə güvənən vəya hər hansı bir alətdə ifa etməyi bacaran gənclərin diqqətinə:

 

K.Səfərəliyeva adına 16 N-li musiqi məktəbində baş tutacaq layihəmizdə musiqi ilə bağlı çəkilişlər nəzərdə tutulur.Layihənin məqsədləri:

 

1.Azərbaycan musiqisini dünyada tanıtmaq.

2.Milli musiqi ilə yanaşı xarici musiqilərin də ifasının təşkil olunması.

3.Həmçinin musiqi ilə bağlı maraqlı və əyləncəli oyunlar da təşkil etmək.

 

Layihəmiz bir könüllülük layihəsdir və könüllülərdən təşkil olunacaq bir layihə olmağına baxmayaraq aktiv iştirakçılar youtube layihəsindən gəlir əldə olunduqdan sonra pul mükafatı,sertifikat və hədiyyələrlə təltif olunacaqlar.Layihə ilə bağlı bir sıra maraqlı işlər də nəzərdə tutulub.

Layihə ilə maraqlananlar öz cv-lərini [email protected] ünvanına göndərə bilərlər.Diqqqətiniz üçün təşəkkür edirik.

Related Articles