Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib

Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib
Şirvan-Salyan Regional Təhsil İdarəsi məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edib.
İyunun 24-dən Şirvan Salyan Regional Təhsil idarəsi üzrə şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlayır.
Müsbiqədə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrində çalışmaq istəyən şəxslər iştirak edə bilər.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional təhsil idarəsində yaradılmış komissiyaya təqdim edə bilərlər.
Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil
- 5 ildən az olmayaraq pedaqoji staj
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.
Üstünlük veriləcək namizədlər:
- Müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər
- 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər
Test imtahanında keçid balı 24-dür. 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş şəxslər), müsahibədə dəvət olunmamış namizədlər ilkin mərhələ olan test imtahanından azad olunur, birbaşa müsahibə mərhələsinə dəvət olunacaq
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə nəzəri biliklər
- İdarəetmə bacarıqları
- Şəxsi keyfiyyətlər.
Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və keçid balı 3 baldır.
Biləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrinin vakant yerlərini aşağıdakı linkdən əldə edə bilərsiniz.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az