Cümə axşamı, 14 Avqust, 2025

“Əsas Həyat Bacarıqları 8” layihəsi keçiriləcək


  • Dərc edildi: 23 İyun, 2022 - 10:30
“Əsas Həyat Bacarıqları 8” layihəsi keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Əsas Həyat Bacarıqları 8” layihəsi başlayacaq!   Əziz Gənclər! 2 ildən artıqdır davam edən, 7 dəfə keçirilmiş və 150 nəfərdən çox ("BLS 1-7") iştirakçısı olan "Əsas Həyat Bacarıqları" ("BLS") layihəsinin 8-ci proqramına QEYDİYYAT başlayıb! Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə reallaşır. Gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edəcəklər. Layihə 2 ay müddətində davam edəcək və iştirakçılara sonda SERTİFİKAT təqdim olunacaq.🎟️ Layihə müddətində sizi aşağıdakı istiqamətlər üzrə: Təlimlər "Energize"lar Müxtəlif infoturlar İnteraktiv oyunlar "Out-reach" fəaliyyətlər Komanda oyunları Praktiki tapşırıqlar və Özünə hörmət; Şəxslərarası ünsiyyət bacarıqları; Düşünmə bacarıqları mövzularında təlimlər gözləyir. Qeyd1: Layihə 2 yaş qrupu üzrə keçiriləcək. Qeyd2: Hər yaş qrupunda 16 iştirakçı seçiləcək, yerlər məhduddur! İştirak etmək üçün Qeydiyyatdan keçmək mütləqdir! Qeydiyyat linki: https://docs.google.com/forms/d/1dSrSn7IgRKHzvSZgo-UDOvryPyCmzyShPwInbnzOItA/viewform Son qeydiyyat tarixi: 28 iyun, 2022, saat 18:00 Əlaqə nömrəsi: (012) 561 92 02 Mobil & WhatsApp: (055) 361 92 02 Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37)

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6510
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1453
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 568
“İnnovativ məktəb” l...