Şirvan-Salyan regional təhsil idarəsində təqdimat olub

4 may 2022-ci il tarixində Şirvan-Salyan regional təhsil idarəsində təqdimat olub

Təqdimat mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak etmişdir. İclasda Şirvan-Salyan regional təhsil idarəsinin yeni müdiri Sənan Mənsimli tədbir içtirakçılarına təqdim edilmişdir. Görüşdə regionun 5 rayonu Neftçala, Salyan, Biləsuvar, Şirvan və Hacıqabul rayonundan gələn təhsil işçiləri də iştirak etmişlər.
Təhsil nazirinin müavini regional idarələrinin əsas məsuliyyətinin təhsilin keyfiyyətinin daha da yüksəlməsinə nail olmaq olduğunu vurğuladı.
Nazir müvaini bu dəyişiklikdəki məqs­ədlərdən danışıb: “İndiyədək təhsilin yerlərdə id­arə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfin­dən həyata keçirilir­di. Yerlərdə məktəbəqədər təhsil müəssis­ələrin idarəetməsi və təşkili bir formatda, ümumtəhsil məktəbləri isə başqa bir formatda idi. Maliyyələşmə isə tamam başqa bir qurum tərəf­indən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi ma­liyyə hesablaşma mər­kəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinet­lər dördü biri-biriy­lə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr ar­asında təhsil fəaliy­yətini vahid formata gətirək. Təhsildə idarəetmə və tənzimlə­mə funksiyalarını bi­r-birindən ayıraq. Bu gün təhsil mərkəzl­əşmiş şəkildə fəaliy­yət göstərir. Hər qu­rumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistem­li və keyfiyyətli tə­hsil mexanizminə nail ola bilərik. Bu mə­nada inanıram ki, re­gional təhsil idarələrinin qurulması yer­lərdə vətəndaşların müraciətlərinə zamanında və düzgün baxılması, və­təndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcəkdir”.
_______
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles