Sosial İş Məktəbi Təcrübə Proqramı

Sosial İş Məktəbi Təcrübə Proqramı


ELANI


Sosial İş Məktəbi (SİM) gənc sosial işçilər və sosial iş tələbələri üçün təcrübə proqramı elan edir. Təcrübə proqramında iştirak edəcək sosial işçi və ya sosial iş tələbəsi aşağıdakıları əldə edəcək:

  • Sosial iş ilə bağlı nəzəri və praktiki təcrübə;

  • Sosial iş ilə bağlı kitabxanaya çıxış imkanı;

  • Sosial İş Məktəbinin komandası və ekspertlərinin bilik və təcrübəsindən faydalanmaq imkanı;

  • Yerli və beynəlxalq səviyyədə sosial işçilər ilə işləmək imkanı;

  • Akademik yazı, tədbirlərin təşkili sahəsində yeni bilik və bacarıqlar qazanmaq imkanı;

  • Yeni tanışlıqlar vasitəsilə netvörkünü inkişaf etdirmək imkanı və s.


Tələblər:

  • Sosial iş üzrə ən azı bakalvar dərəcəsi olmalı və ya ən azından sosial iş üzrə bakalavr tələbəsi;

  • Azərbaycan və ingilis dilində səlis danışmaq və yazmaq bacarıqları;

  • Təcrübədən səmərəli faydalanmaq üçün ədalətli, müstəqil işləmək və təşəbbüs və çeviklik nümayiş etdirmək bacarığı;

  • İlkin tədqiqat bacarıqlarının olması;


Təcrübəçi nə iş görəcək?

  • SİM kursları, onlayn və ənənəvi qaydada təşkil olunan seminarlarını təşkil edilməsində dəstək;

  • SİM sosial media hesablarının idarəedilməsi;

  • Kurslara qeydiyyatın aparılması və tələbələrlə işin, eləcə də operativ kommunikasiyanın təşkil olunması;

  • Sosial iş ekspertləri ilə əlaqələrin qurulması, SİM portalına məqalələrin cəlb olunması;

  • Tədbirlərin və görüləcək işlərin planlanmasının təşkili və nəzarət.


Təcrübə müddəti:7 ay

Necə müraciət etməli?

Təcrübə proqramı ilə maraqlanan namizədlərCV, motivasiya məktubu (250 söz ) və 1 dəqiqəlik videonu(1 dəqiqəniz olsaydı özünüz haqqında qarşı tərəfə nə deyərdiniz?)“SİM: Təcrübə Proqramı 2022”başlığı ilə[email protected]email ünvanına göndərməlidirlər.

Son müraciət tarixi:30 Aprel 23:59 2022-ci il
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az