reklam

STEAM Azərbaycan layihəsi ali məktəb tələbələri üçün ödənişsiz "Yay Təcrübə Proqramı" elan edir

STEAM Azərbaycan layihəsi ali məktəb tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə ödənişsiz "Yay Təcrübə Proqramı" elan edir!
Proqrama bütün kurslarda təhsil alan bakalavr tələbələri müraciət edə bilər.
Proqram çərçivəsində tələbələr STEAM metodologiyalar, Robototexnika, 3D modelləşdirmə və 3D Çap, Mühəndislik, Kodlaşdırma və digər modullar üzrə təcrübələr keçəcəklər, həmçinin "STEAM Yay Məktəbi"ndə iştirak və STEAM Mərkəzlərini ziyarət edəcəklər.
Təcrübə proqramı 13 iyun - 1 avqust tarixləri ərzində davam edəcək və seçim müsahibə əsasında aparılacaq.
Müraciət etmək istəyən tələbələr CV-lərini 7 iyun 2022-ci il tarixinə kimi [email protected] ünvanına göndərməlidirlər. Mövzu hissəsində mütləq - "YAY TƏCRÜBƏ PROQRAMI" qeyd olunmalıdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az