“Su və rəng ahəngi 2021” sərgisi

Azərbaycan suluboya rəssamlarını IWS Globe Beynəlxalq Suluboya cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi olan IWS Azerbaijanın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış İWS Baku Khatai Art Center ilə birlikdə təşkil edəcəyi “Su və rəng ahəngi 2021” sərgisində iştirak etməyə dəvət edirik! Sərginin 15 iyul tarixində Xətai Sənət Mərkəzində keçirilməsi nəzərdə tutulub. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçiriləcək.

Mövzu: Sərbəst

Son qəbul tarixi: 30 iyun

İştirak qaydaları:

Sərgidə iştirak 18 yaşından etibarən bütün suluboya rəssamları üçün açıqdır. Bütün işlər suluboya ilə yerinə yetirilməlidir, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. İşlərin ölçüsü A3 formatından az olmamalıdır, hər bir rəssam 3 iş göndərə bilər.

Sərgi üçün işlər IWS Azerbaijan akvarel cəmiyyətinin Bədii şurası tərəfindən seçiləcək.

30 iyun tarixinə qədər işlərinizin fotolarını [email protected] elektron ünvanına göndərə bilərsiniz.

İşin peşəkar fotosu çəkilməlidir (2-5MB), aşağıdakı məlumatlar işin yanında qeyd olunmalıdır:

Adı və soyadı. İşin adı. Ölçüsü

Sərgidə iştirak edəcək rəssamların siyahısı 3 iyul tarixində feysbuk və instaqram səhifələrində qoyulacaq. Seçilmiş əsərlər 10 iyul tarixinə qədər Xətai Sənət Mərkəzində yerləşən İWS Baku Khatai Art Center-ə təhvil verilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir