Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrində Mühafizəçi vəzifəsi üzrə vakant yerlər elan edir.
İş yeri:
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri (Yasamal, Nəsimi, Suraxanı, Qaradağ rayonları üzrə)
Əmək haqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Müvafiq sahə üzrə minimum 1 il təcrübə
· Xoş rəftar və ünsiyyət bacarığı
· Mühafizə qaydalarını bilməli
Tələb olunan sənədlər:
· Şəxsiyyəti təsdiq edən sənədin surəti;
· CV.
İşin təsviri:
· Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsinin həyata keçirilməsi;
· Əraziyə və obyektə daxil olan nəqliyyat vasitələrinin və vətəndaşların giriş-çıxışına nəzarət edilməsi;
· Ətraf ərazilərin qorunmasının həyata keçirilməsi;
· İntizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
· CV [email protected] ünvanına göndərilməlidir;
· Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – Mühafizəçi) qeyd olunmalıdır;
· CV-lər 27.06.2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb