Təcrübəçi mühəndis-mexanik vakansiyası

ATEF Şirkətlər Qrupu öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis-mexanik” vəzifəsi üzrə təcrübə proqramı elan edir.
Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Vəzifə: “Təcrübəçi mühəndis-mexanik
Əmək haqqı: 600-800 AZN

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

• Müştərinin istəyinə və müəyyən etdiyi son tarixə qədər güc transformatorların layihə sxemlərini hazırlamaq;
• Transformator hissələrinin sxemini və 3D modellərini yaratmaq üçün xüsusi proqram təminatından istifadə etmək;
• Dizayn keyfiyyətini artırmaq, problemlərin vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə əməkdaşlıq etmək;
• Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
• İstehsalatın texniki hazırlığını təmin etmək;
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;

Tələblər:

• Ali təhsilli (Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi);
• Azərbaycan, rus və ingilis dillərini blməli;
• AutoCAD və 3D proqram təminatını və Autodesk/SolidWorks, Microsoft Office proqramlarını bilməli;
• Analitik düşüncə tərzi;
• Yeni lahiyələrdə iştrak etmək bacarığı;
• Təzyiq altında işləmə bacarığı;
• Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
• Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək;
• QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
• Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-mexanik Edumap.az” mövzu bölməsində göstərin.

Son müraciət tarixi: 31.10.2020.

Bir cavab yazın

Back to top button