Tədbirlərin təşkili və KSM üzrə mütəxəssisvakansiyası

Şirkətimizin biznes hədəflərinə çatmasına kömək edəcək, brend strategiyamıza uyğun möhtəşəm tədbirlər təşkil edəcək və korporativ sosial məsuliyyətimizi peşəkarlıq və sevgi ilə həyata keçirəcək əməkdaş axtarışındayıq! Veysəloğlu Şirkətlər QrupuTədbirlərin təşkili və KSM üzrə mütəxəssisvakansiyasınıelan edir. Namizədə tələblər: - Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, idarəetmə, psixologiya, sosiologiya, layihələrin idarəedilməsi üzrə arzuolunandır); - İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il (beynəlxalq/regional humanitar təşkilatlarda təcrübə üstünlükdür); - Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint; - Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (ingilis dili və rus dili biliyi arzuolunandır); - Bütün maraqlı tərəflərlə əməkdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi üçün güclü ünsiyyət qabiliyyəti; - Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti, müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma, maraqlı tərəflər və partnyorlarla əlaqə qurma bacarığı; - Güclü təşkilatçılıq və bir neçə işi eyni vaxtda görmə qabiliyyəti; - Geniş düşünmə, vəziyyətə müxtəlif bucaqlardan baxa bilmə və obyektivlik; - Pozitiv, komanda oyunçusu, proaktiv, güclü iş etikasına sahib və stresi idarə etmə bacarığı; - Layihə idarə edilməsi təcrübəsi. Əsas vəzifə öhdəlikləri: - Şirkətin KSM və sponsorluq strategiyasına əsasən illik tədbirlər planını hazırlamaq və icra etmək; - KSM layihələrlə bağlı təşəbbüs və təkliflərlə çıxış etmək, KSM üzrə tədbirləri planlaşdırmaq və həyata keçirmək; - Məsul olduğu sahə üzrə dövlət və özəl qurumlar, yerli və beynəlxalq QHT-lər və qurumlar, biznes tərəfdaşlar və yerli icmalarla effektiv münasibətlər qurmaq və onları inkişaf etdirmək; -Tədbirlər təqvimini yaratmaq; - Tədbirlərin konseptini təklif etmək və büdcəsini idarə etmək; - Tədbirin həyata keçirilməsi ilə bağlı bütün prosesin idarə edilməsi. Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində“Tədbirlərin təşkili və KSM üzrə mütəxəssis” yazmaqla öz CV-ni[email protected]ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az