Bazar, 1 İyun, 2025

“Toxum School – Regions” Gəncədə


  • Dərc edildi: 9 İyun, 2021 - 07:50
“Toxum School – Regions” Gəncədə

Əziz GƏNCƏ-lilər, “Toxum School – Regions” görüşünüzə gəlir! 4 regionda keçirilməsi planlanan Toxum School-Regions ikinci səfərini Gəncə şəhərinə edir. Təlim “Gəncə Maarif Evi”- nin tərəfdaşlığı və dəstəyi ilə həyata keçirilir. Ağlınız ideyalarla doludur, ancaq hələ də ideyalarınıza həyat vermək üçün hardan başlamalı olduğunuzu bilmirsinizsə, o zaman bu 2 günlük təlim sizin üçündür! Təlim zamanı mütəxəssislər tərəfindən ideyaların layihə halına gətirilməsi, onun sosial sahibkarlıq tərəflərinin inkişaf etdirilməsi və nəhayət, kraudfandinq kampaniyası vasitəsilə layihənizə həyat verməyi praktiki olaraq öyrənəcəksiniz. Təlimçilər: - Sara Rəcəbli - Sosial sahibkar, BUTA Art&Sweets sosial biznesinin təsisçisi. - Kamran Cəbrayılov - Beynəlxalq PMP sertifikatına sahib Layihə Meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi. - Toğrul İsmayılov - Toxum.org platformasının həmtəsisçisi. Təlimdən qazanacaqlarınız: -İlk növbədə təlimdə

iştirak etmiş iştirakçılar Kraudfandinq (Kütləvi maliyyələşmə) və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər. - Sosial sahibkarlıq ilə cəmiyyətdəki sosial problemləri necə dayanıqlı və davamlı şəkildə həll edə biləcəyinizi öyrənəcəksiniz. -Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində uğurlu kraudfandinq kampaniyası aparmağa hazırlıqlı olacaqsınız. -Bu təlimlər layihəyə başlamaq istəyib, lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək. -Təlimdən sonra artıq ideyanızı rahatlıqla reallaşdıra biləcəksiniz. Təlim 19 iyun tarixində 10:00-17:30, 20 iyun tarixində isə 10:00-16:00 saatları arasında baş tutacaq. Təlim barədə ətraflı məlumat almaq və ya qeydiyyatdan keçmək üçün aşağıdaki linkə daxil ola bilərsiniz! LİNK Qeydiyyat üçün son tarix: 13.06.2021

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 122
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...