" Agrarco" MMC "Texnoloq" vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir.
İş yeri: Qusar r.
Vəzifə öhdəlikləri:
Yığım mövsümündə bağdan Soyuducu Anbara saxlanca göndərilmiş meyvələrin yığıma hazırlığının test edilməsi;
Testlərin nəticəsinə əsasən yığım icazəsinin verilməsi;
Məhsulların çeşid uyğunluğu, texniki göstəriciləri nəzərə alınmaqla saxlanca verilməsi;
Kameralara məhsulların vaxtında yerləşdirilməsi və dərmanlanmasının təmini;
Kameraların səmərəli istifadəsinin təşkili və enerji sərfiyyatının azaldılması;
Soyuducu kameraların təyin edilmiş saxlanc şərtlərinin monitorinqi və məlumatların ötürülməsi;
Kameralarda yerləşdirilmiş məhsulların vəziyyətinin standartlar çərçivəsində test edilməsi və hesabat hazırlanması;
Kameralar və kamera koridorlarının təmiz saxlanılmasına, dezinfeksiya edilməsinə, mövsüm sonunda yuyulmasının təşkil edilməsi;
Baş vermiş texniki və sistem nasazlıqlarının mühəndis ilə əlaqəli aradan qaldırılması;
Qablaşdırma prosesində keyfiyyətə nəzarət işinin təşkili və testlərin həyata keçirilməsi.
Tələblər:
Aşağıdakı sahələr üzrə bilik və bacarıqlara malik olmalıdır:
Məhsul çeşidlərinin texniki göstəriciləri;
Məhsulun erkən və gec yığılarkən baş verə biləcək xəstəliklər;
Sərtlik ölçən, etilen ölçən, yod testi, şəkər testi kimi avadanlıqlar ilə işləmə qaydası;
Məhsul spesifikasiyalarına əsasən soyuducu anbarda saxlama şərtləri;
Meyvələrdə baş verən xəstəliklər və onların dinamikası haqqında məlumatlılıq;
Kimyəvi elementlərin meyvələrə təsiri;
İlkin kompyüter bilikləri.
Məsuliyyəti:
Saxlancda olan məhsulların təyin olunmuş vaxtlarda test edilməsi və hesabat tutulmasına cavabdehdir;
Qeyri iş vaxtlarında işıq mənbələrinin ayrılmasına və enerji sərfiyyatına cavabdehdir;
Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır;
Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, SAK direktorunun əmr və tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görəməsuliyyət daşıyır;
Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi iləonatəqdim olunmuş inventara və məhsula görə məsuliyyət daşıyır;
Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etməlidir;
Digər öhdəliklər:
Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək.
Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) müvafiq başlıq altında[email protected]ünvanına göndərilməsi xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur