Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (tibb müəssisəsi) vakansiyası

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz. Hörmətli namizəd! İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik! Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (tibb müəssisəsi) Namizədə tələblər • Yaş: 21-35 • Təhsil: Ali və ya orta texniki tibb təhsili mütləqdir • İş təcrübəsi: arzuolunandır • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (arzuolunandır) • Sərbəst PK və ofis proqramları istifadəçisi Əsas vəzifə öhdəlikləri • Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin tibb müəssisəsində müraciətlərini qəbul etmək • Sığortalı müştərilər üçün tibbi yardımın təşkili • Məsləhət və manipulyasiyaların aparılmasında sığorta olunanlar üçün maksimal dərəcədə komfortlu şəraitin yaradılması • Tibbi və sığorta sənədləşdirilməsinin aparılması • Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək • Hesabatlar tərtib etmək • Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək Şəxsi keyfiyyətlər • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı • Müştəriyönümlülük, operativlik, ünsiyyət qurmaq bacarığı • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı İş şərtləri • Əmək müqaviləsi bağlanılır • İş vaxtı: 6/1: (qrafiklə) , 9:00-16:00 • Əmək haqqı:500-550 azn(iş təcrübəsindən asılı olaraq) • Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi Məlumatlandırıcı qeydlər • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq • Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi_tibb müəssisəsi qeyd edərək göndərmələri xahiş olunur. “Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir. Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir. Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az