" Tikinti xərcləri üzrə aparıcı nəzarətçi " vakansiyası

PMD Projects MMC " Tikinti xərcləri üzrə aparıcı nəzarətçi " vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:
- Zərurət yarandıqda layihə qiymətlərinin təhlili;
- Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması;
- Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili;
- İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
- Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
- Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması;
- Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
- Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
- Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması;
- Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi.

Tələblər:
- Ali təhsil: "İnşaat mühəndisi" ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Oxşar vəzifədə azı 4 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
- Kompüter bacarıqları: MS Office, Autocad;

Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az