“Toxum School – Regions” Gəncədə

Əziz GƏNCƏ-lilər, “Toxum School – Regions” görüşünüzə gəlir!

4 regionda keçirilməsi planlanan Toxum School-Regions ikinci səfərini Gəncə şəhərinə edir.
Təlim “Gəncə Maarif Evi”- nin tərəfdaşlığı və dəstəyi ilə həyata keçirilir.

Ağlınız ideyalarla doludur, ancaq hələ də ideyalarınıza həyat vermək üçün hardan başlamalı olduğunuzu bilmirsinizsə, o zaman bu 2 günlük təlim sizin üçündür!
Təlim zamanı mütəxəssislər tərəfindən ideyaların layihə halına gətirilməsi, onun sosial sahibkarlıq tərəflərinin inkişaf etdirilməsi və nəhayət, kraudfandinq kampaniyası vasitəsilə layihənizə həyat verməyi praktiki olaraq öyrənəcəksiniz.

Təlimçilər:
- Sara Rəcəbli - Sosial sahibkar, BUTA Art&Sweets sosial biznesinin təsisçisi.
- Kamran Cəbrayılov - Beynəlxalq PMP sertifikatına sahib Layihə Meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi.
- Toğrul İsmayılov - Toxum.org platformasının həmtəsisçisi.

Təlimdən qazanacaqlarınız:
-İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraudfandinq (Kütləvi maliyyələşmə) və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər.
- Sosial sahibkarlıq ilə cəmiyyətdəki sosial problemləri necə dayanıqlı və davamlı şəkildə həll edə biləcəyinizi öyrənəcəksiniz.
-Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində uğurlu kraudfandinq kampaniyası aparmağa hazırlıqlı olacaqsınız.
-Bu təlimlər layihəyə başlamaq istəyib, lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək.
-Təlimdən sonra artıq ideyanızı rahatlıqla reallaşdıra biləcəksiniz.

Təlim 19 iyun tarixində 10:00-17:30, 20 iyun tarixində isə 10:00-16:00 saatları arasında baş tutacaq.

Təlim barədə ətraflı məlumat almaq və ya qeydiyyatdan keçmək üçün aşağıdaki linkə daxil ola bilərsiniz!

LİNK

Qeydiyyat üçün son tarix: 13.06.2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az