Universal Sahibkarlıq Layihəsi üzrə Könüllülər qrupu elan olunur

102 SH Sağlam Həyat Cəmiyyəti:
Universal Sahibkarlıq Layihəsi üzrə 18 – 25 Yaş arası Gənc Qız və Oğlanlardan ibarət olacaq Könüllülər qrupu elan edir.
Bilik və bacarıqlı, Vətənpərvər bir gənc komandasında yer tuta biləcək biriləri, layihələr qura biləcək və layihələr qurmaq arzusunda olacaq gənclərə Sağlam Həyat Cəmiyyətində könüllü qrupla çalışmaq şansı veriləcək.
2 ay müddətində 102-SH Sağlam Həyat Cəmiyyətində könüllü olacaq xanımlara və bəylərə marketinq və yaradıcılıq təlimləri keçiriləcək.
Müxtəlif tədbirlərdə və layihələrdə iştirak etmək şansı ilə yanaşı, öz şəxsi fikirləri əsasında layihələr qurmaqlarına və layihələrini həyata keçirməklərinə şans yaradılacaq.
Universal Sahibkarlıq layihəsi üzrə könüllülərə Sertifikatla yanaşı Fəxri Fərman veriləcək.
Qeydiyyat: Whatsapp 055-544-02-50 qaynar xətt mərkəzi vasitəsi ilə həyata keçiriləcək.
Toplanan kadrlar ilə ilk görüş keçiriləcək.
Görüş zamanı könüllülər iki komandaya ayrılacaq.
Könüllülər arasında komanda rəhbəri seçiləcək.
1-ci Komanda “Daxili Nəzarət” adlanacaq.
2-ci Komanda Təşkilatı işlər üzrə direktor köməkçisi adlanacaq.
Əlaqə: Whatsapp 055-544-02-50 Samir Hüseynov

Related Articles