Veb-proqramlaşdırma üzrə yarış keçiriləcək

WorldSkills Azerbaijan 21 yaşa qədər olan gənclər arasında veb proqramlaşdırma üzrə yarış elan edir. Yarış iki mərhələdən ibarət olacaq:
• 6 iyul “Speed Test” adlanan ilkin seçim mərhələsi;
• 12-13 iyul yarışın “Final” mərhələsi.
Son qeydiyyat tarixi: 5 iyul!

Yarış və müraciət qaydaları haqqında ətraflı məlumat: http://worldskillsaz.org/web/

“WorldSkills Azerbaijan” platforması iyulun 12-13-də veb-proqramlaşdırma üzrə ölkə səviyyəsində yarış keçirəcək.

Peşə Təhsili üzrə Dövlət AgentliyindənAZƏRTAC-a bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək yarış ölkəmizdə “WorldSkills” formatına uyğun ilk yarış olacaq. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən ediləcək. Yarışda iştirak etmək istəyənlər iyulun 5-dək qeydiyyatdan keçməlidir.

Yarışa yaşı 21-ə qədər olan gənclər qatıla bilər. “Speed test” adlanan ilkin seçim mərhələsində qeydiyyatdan keçmiş gənclər iyulun 6-da onlayn qaydada veb-proqramlaşdırma bacarıq istiqaməti üzrə sualları cavablandıracaq. İyulun 12-13-də keçiriləcək final mərhələsində isə ilkin seçim mərhələsində yüksək nəticə göstərənlər “front-end”, “back-end” və “CMS/Wordpress” kimi modullar üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər.

Qaliblər yarışın baş sponsoru “ATL Tech” və “ATL Academy” şirkətlərində təcrübə keçmək, müxtəlif proqramlar üzrə təhsil almaq, qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Eyni zamanda, “WorldSkills Asia” tərəfindən təşkil edilən beynəlxalq yarışda Azərbaycanı təmsil edə biləcəklər.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına 2020-ci ildə qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platforması əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az