Bazar ertəsi, 18 Avqust, 2025

Zoologiya İnstitutunun 85 illiyinə həsr olunan elmi-praktik konfransa məqalə qəbulu davam edir


  • Dərc edildi: 28 İyun, 2021 - 09:10
Zoologiya İnstitutunun 85 illiyinə həsr olunan elmi-praktik konfransa məqalə qəbulu davam edir

Oktyabrın 8-də Zoologiya İnstitutunun 85, akademik Musa Musayevin anadan olmasının 100 illiyinə həsr edilən “Zoologiyada fundamental və tətbiqi elmi araşdırmalar: aktual məsələlər, nailiyyətlər və innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçiriləcək. İnstitutdanAZƏRTAC-a bildirilib ki, konfransın məqsədi zoologiya elminin mövcud problemlərini, inkişaf perspektivlərini, fundamental və tətbiqi elmi araşdırmalarını, heyvanlar aləminin qorunması və davamlı istifadəsi məsələlərini müzakirə etməkdir. Eyni zamanda, dünya alimlərinin diqqətini Cənubi Qafqaz bölgəsinin öyrənilməsinə həsr olunmuş çoxsaylı elmi-tədqiqatlara yönəltməkdir. Konfransa məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul ediləcək. İştirak etmək istəyənlər məqalələrini sentyabrın 10-də[email protected]ünvanına göndərməlidir. Konfransa təqdim olunan materiallar üçün müəlliflər məsuliyyət daşıyırlar. Redaksiya heyəti materialları korrektə etmək hüququna malikdir. Materiallar konfransın istiqamətinə və ya elmi səviyyəsinə uyğun gəlmədikdə, qeydiyyat üçün tələblərə cavab vermədikdə və ya müəyyən olunmuş vaxtdan gec göndərildikdə qəbul edilməyə bilər. Təşkilat komitəsi müraciətlərin qəbulu barədə elektron poçtla müəllifləri məlumatlandıracaq. Materiallar konfransın keçiriləcəyi tarixə qədər toplu şəklində çap olunacaq. Müsbət rəy almış məqalələr çapa tövsiyə ediləcək. Konfrans haqqında ətraflı məlumat Zoologiya İnstitutunun saytında yerləşdirilib.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6759
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1634
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 643
“İnnovativ məktəb” l...