"Vergi və DSMF hesabatları” mövzusunda onlayn təlim keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün oktyabrın 9-da, saat 15:00-da "Vergi və DSMF hesabatları” mövzusunda növbəti onlayn təlim keçiriləcək.
Təlimdə Gəncə KOBİM-in təlimçi-eksperti Cavid Qasımov tərəfindən aşağıdakı mövzulardan danışılacaq:

• Vergi və DSMF ödənişləri;
• Vergilərin məbləği;
• Vergi və DSMF hesabatlarının vaxtı və təqdim olunma forması;
• Gecikən bəyannamələrə görə öhdəliklər haqqında məlumat veriləcək, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Onlayn təlimdə iştirak etmək üçün (+99477) 255 69 00 nömrəsi ilə əlaqə saxlaya və ya[email protected]elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Aşağıdakı linkə daxil olmaqla onlayn təlimdə iştirak etmək mümkündür:
https://lnkd.in/dzCBXtzH
İdentifikasiya kodu: 829 1720 7378

Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az