“Yüksəliş” qaliblərinin tələbələrlə silsilə görüşləri başlayır

“Bir Könüllü” Təşkilatı “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu ilə əməkdaşlıq çərçivəsində “Yüksəliş” qaliblərinin tələbələrlə silsilə görüşlərinə başlayır.

 

İlk görüş “Yüksəliş” müsabiqəsinin 2021-ci il üzrə qalibləri Vüqar Mirzəzadə və Orxan Yusibovun iştirakı ilə “Şirkətlərdə maliyyəçinin bugünkü və gələcək rolu” mövzusunda baş tutacaq.

 

Ali təhsil müəssisələrinin maliyyə yönümlü ixtisaslarında bakalavriat və magistratura pilləsində təhsil alan tələbələr görüşdə iştirak üçün müraciət edə bilər. Görüşdə iştirak haqqı qazanacaq tələbələr maliyyə sahəsində biliklərini artırmaqla bərabər, birbaşa maliyyə mütəxəssislərindən praktiki məlumatlar əldə etmək şansı qazanacaqlar.

 

Görüşün əsas mövzuları:

  • Maliyyə dilində danışmaq;
  • Maliyyəçinin şirkətdə əsas rolu;
  • Maliyyə hesabatlarının strukturu;
  • Maliyyəçinin şirkətdə işləri yerinə yetirmə ardıcıllığı və faydası;
  • Şirkətdə fəaliyyət nəticələrinin təhlili əsasında veriləcək qərarlar;
  • Müəssisə büdcəsinin tərtibi.

 

Görüşün spikerləri:

“Yüksəliş” müsabiqəsinin qalibləri

Vüqar Mirzəzadə – Azərbaycan İnvestisiya Holdinqinin Nəqliyyat şöbəsinin rəisi

Orxan Yusibov – “Azərbaycan Dəmir Yolları” QSC-nin baş maliyyə inzibatçısı

 

❗Görüş 25 iyun saat 12:00-da “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində (yeni mərkəz) keçiriləcək. (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79, https://goo.gl/maps/GWdo2WN8Ev3ihF4JA)

 

Qeydiyyat linki: https://forms.gle/6CpyYTG7mq5H7qhA9

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles