Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur.Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır.Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.
İşin adı: IELTS Instructor
Tələblər:
• Bakalavr dərəcəsi (İngilis dili müəllimliyi ixtisası üzrə);
• Qruplar və fərdlərlə işləmək üzrə təcrübə;
• TOEFL (100-120) / IELTS (7.5) sertifikatları mütləqdir;
• TESOL, CELTA kimi beynəlxalq tədris sertifikatları üstünlükdür;
• IELTS tədrisi sahəsində ən azı 2 illik təcrübə mütləqdir.
Vəzifə öhdəlikləri:
• Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;
• İngilis dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
• Vaxtın idarə edilməsi bacarığı;
• Dil tədrisi metodikasında mövcud tendensiyalar və inkişafları bilmək;
• Tələbə ehtiyaclarının ödənilməsini təmin etmək üçün akademik məsləhətçi heyətimizlə ortaq çalışmaq;
İş haqqında:
- Tam və ya yarım gün iş saatı;
- ARƏM uyğun işə qəbul;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə ödənişsiz iştirak;
- Səmimi, inkişaf edən və peşəkar bir komandada işləmək imkanı.
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “IELTS Instructor” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur