İngilis dili müəllimi vakansiyası

Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur.Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır.Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

 

Tələblər:

• Bakalavr dərəcəsi (Müvafiq ixtisası üzrə);

• Qruplar və fərdlərlə işləmək üzrə təcrübə;

• TOEFL (100-120) / IELTS ( 7-7.5) sertifikatları üstünlükdür;

• TESOL, CELTA kimi beynəlxalq tədris sertifikatları üstünlükdür;

• İngilis dili tədrisi sahəsində ən azı 1 illik təcrübə mütləqdir.

 

Vəzifə öhdəlikləri:

• Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;

• İngilis dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;

• Vaxtın idarə edilməsi bacarığı;

• Dil tədrisi metodikasında mövcud tendensiyalar və inkişafları bilmək;

• Tələbə ehtiyaclarının ödənilməsini təmin etmək üçün akademik məsləhətçi heyətimizlə ortaq çalışmaq;

• Tələbənin davamiyyət qeydlərini apara bilmək.

 

İş haqqında:

-       İş qrafiki: 17:00-19:00 və 19:00-21:00;

-       ARƏM uyğun işə qəbul;

-       Şirkət tərəfindən təşkil olunan təlimlərdə ödənişsiz iştirak;

-       Səmimi, inkişaf edən və peşəkar bir komandada işləmək imkanı.

 

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.

 

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “İngilis dili müəllimi” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az