Çərşənbə, 20 Avqust, 2025

“İrəli” Media Mərkəzi könüllülük proqramı elan edir


  • Dərc edildi: 10 Oktyabr, 2022 - 12:49
“İrəli” Media Mərkəzi könüllülük proqramı elan edir

“İrəli” Media Mərkəzi gənclərin media sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə könüllülük proqramı elan edir.

Edumap.az xəbər verir ki, proqram ilkin dizayn bilikləri, fotoqrafiya, videoqrafiya, sayt idarəçiliyi, sosial media idarəetməsi və kopirayter istiqamətlərinə həvəsli, motivasiyalı gənclər üçün nəzərdə tutulub. İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar 3 ay müddətində bu sahədə özünü daha da inkişaf etdirərək, real iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Proqrama 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Könüllülük proqramını uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, könüllülük proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 15 oktyabr 2022-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3MqO7A8 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6994
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1775
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 695
“İnnovativ məktəb” l...