Çərşənbə, 20 Avqust, 2025

“Sürətli oxuma üzrə məktəblilərin müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 10 Oktyabr, 2022 - 15:34
“Sürətli oxuma üzrə məktəblilərin müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib

10 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Sürətli oxuma üzrə məktəblilərin müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib.

Açılış Bakı şəhəri Nizami rayonu 229 nömrəli tam orta məktəbində baş tutmuşdur.

Açılışda layihənin eksperti Aytac Ağarəhimli, 229, 169, 210, 227, 10 nömrəli tam orta məktəblərin müəllimləri, həmçinin, şagirdləri və layihənin idarə heyəti iştirak etmişdir.

Qeyd edək ki, layihənin məqsədi sürətli oxuma üzrə türkiyəli peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.

Layihə sentyabrın 15-dən martın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7018
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1785
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 708
“İnnovativ məktəb” l...