Qrafik Dizayner vəzifəsi üzrə 2 aylıq Təcrübə proqramı

 Qrafik Dizayner vəzifəsi üzrə 2 aylıq Təcrübə proqramı

 

Azərbaycanda fəaliyyət göstərən Hoffman Co konsultinq şirkəti Qrafik Dizayner vəzifəsi üzrə 2 aylıq Təcrübə proqramı elan edir ! Proqram dizaynerlik sahəsində karyera qurmaq istəyən və öyrəndiklərini professional şəkildə tətbiq etməyə fokuslanacaq gənclər üçün nəzərdə tutulmuşdur.

 

Namizədə tələblər: 
Yalnız tələbə statusu olmayan yoldaşlar müraciət edə bilər
PhotoShop, Illustrator müəyyən qədər biliyi olmalı; 
Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı;
Daima öyrənməyə və araştırmaya həvəsli;
Rəhbərliyin tapşırıqlarını vaxtında təhvil vermək;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi;
Gülərüz, yaxşı ünsiyyət və əməkdaşlıq bacarığı, məsuliyyətli, optimist;
Dil biliyi: Azərbaycan dili normal səviyyədə, rus və ingilis dili biliyi önəmli deyil.

Seçiləcək namizəd keçirilən təlim, kamp kimi layihələrdə iştirak edəcək sertifikatlarla təltif olunacaq. Namizəd 2 ayı uğurlu başa vursa daimi işlə təmin olunacaq. Hoffman Co əmək bazarında professional təcrübə proqramı ilə tanınır.

Müraciət etmək istəyənlər Qrafik Dizayner İnternship subject hissəsinə qeyd edib, Cv-lərini [email protected] ünvanına göndərə bilərlər. ( Bakalvr və Magistr tələbələri təəsüfki uyğun deyil )

Qeyd: Niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz sualına qısa mail olaraq cavab göndərən namizədlərə üstünlük veriləcək.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az