
Cari tədris ilində 10-cu sinifdə təhsil alan məktəbli qızların Qızlar oxusun layihəsinə qəbulu üçün vaxt uzadıldı
Bizim missiyamız maddi çatışmazlıq, erkən nikah, zorakılıq kimi problemlərlə üzləşən qızlarımız üçün təhsili əlçatan edərək öz ayaqları üstündə sağlam durmalarını təmin etməkdir.
Növbəti tədris ilində dəstək olmağı hədəflədiyimiz məktəbli qızlarımız üçün aşağıdakı fəaliyyətləri həyata keçirəcəyik:
Məktəb ləvazimatları xərclərinin qarşılanması;
Repetitor dərslərinin təşkili;
Peşə seçimi üzrə mentorluq;
Ehtiyac halında psixoloq, sosial işçi və hüquqşünas dəstəyi.
Qeydiyyat linki: https://forms.gle/vgxCAV1Cr2gN7sTA9
Müraciət üçün son tarix: 25 sentyabr 2022-ci il (saat 23:59)
Qeyd edək ki, yalnız uğurlu namizədlər növbəti seçim mərhələsi barəsində məlumat əldə edəcəklər.
Yarıda qalmasın, qızlar oxusun!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur