Aİ vətəndaş cəmiyyəti təşkilatları, media və gənclər üçün yeni internet səhifəsi istifadəyə verib

Aİ vətəndaş cəmiyyəti təşkilatları, media və gənclər üçün yeni internet səhifəsi istifadəyə verib

Yenieuneighbourseast.euinternet səhifəsində Avropa İttifaqı ilə altı Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasındakı əməkdaşlıq və əlaqələr haqqında hərtərəfli məlumatlar toplanıb.

Səhifədə xəbərlər, məqalələr, iştirak imkanları, faktlar və Şərq Tərəfdaşlığı ölkələrində Aİ tərəfindən maliyyələşdirilən layihələr haqqında məlumatlar işıqlandırılır. Bu məlumatlar səkkiz dildə - Azərbaycan, Belarus, Erməni, Gürcü, Rumın, Ukrayna, Rus və İngilis dillərində təqdim olunur. “EU NEIGBOURS east” layihəsinin redaksiya heyəti Aİ-nin yüzdən artıq təsisat, qurum, layihə və icraçı tərəfdaşlarının veb-saytlarını izləyərək səhifənin abunəçilərinə real vaxt rejimində ən son xəbərləri hazırlayır və göndərir.

Xəbərlərlə yanaşı, səhifədə hər gün Avropa İttifaqının müxtəlif proqram və layihələri və ittifaqın Şərq Tərəfdaşlığı ölkələrindəki nümayəndəlikləri tərəfindən təklif olunan iştirak imkanları (qrantlar, təqaüdlər, seminarlar, layihə qəbulu, təlimlər, müsabiqələr və s.) haqqında elanlar görmək mümkündür.

 

Faktlar bölməsində Aİ tərəfindən maliyyələşdirilən proqramların iş prinsipi haqqında ümumi məlumat verilərək qrant və təqaüd üçün müraciət qaydası izah edilir. Hekayələr bölməsində isə konkret nümunələr tapa bilərsiniz.

 

Səhifədəki lazımi məlumatları ölkə, mövzu və hətta konkret proqram üzrə axtara və filtrləyə bilərsiniz. İnternet səhifəsi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirdiyi BÜTÜN layihələrin toplandığı məlumat bazasına qoşulmuşdur. Gündəlik xəbər bülleteninə abunə olaraq yeniliklərdən xəbərdar olun və iştirak imkanlarını qaçırmayın. Siz həmçinin ölkə, dil və məzmunun növünü seçərək xəbərləri ehtiyaclarınız və maraqlarınıza əsasən dəyişə bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az